Mariya 10 illik diskvalifikasiya olundu

ESTAFET/ Rusiyalı fiqurlu konkisürən Mariya Sotskova diskvalifikasiya olunub. 21 yaşlı idmançı antidopinq qaydalarını pozduğu üçün 10 illik cəza alıb.

Sotskova furosemiddən istifadə və saxta tibbi sənədlər hazırlamaqda ittiham olunur. Onun cəza müddəti 2020-ci il aprelin 6-dan hesablanır. Sotskovanın cəzası 2030-cu il aprelin 6-dək davam edəcək.

Qeyd edək ki, Sotskova Qran-Pri yarışlarının mükafatçısı olub.

Müəllif: Natiq NƏSİROV