Qohum olan ulduz futbolçular

ESTAFET/ Ulduz futbolçuların bəzilərinin bu peşəni seçən qohumları olur. Onların heç də hamısı böyük futbolda iz buraxmır.

Elələri də var ki, kifayət qədər tanınmış qohumdurlar. Həmin şəxslərin aralarındakı qan bağlılığını oxuduqda siz də təəccüblənəcəksiniz.

Lionel Messi & Boyan Krkiç
Vaxtilə “Barselona”da çiyin-çiyinə çıxış etmiş Lionel Messi ilə Boyan Krkiçin babaları qardaşdır.

Aleks İvobi & Cey-Cey Okoça
“Everton”un yarımmüdafiəçisi Aleks İvobinin dayısı Nigeriyanın əfsanəvi futbolçusu Cey-Cey Okoçadır.

Filipp Koutinyo & Juninyo Paulista
Hər ikisi Braziliya yığmasının formasını geyinib və hər ikisi pleymeyker olub. Hazırda “Barselona”da çıxış edən Filipp sabiq “Atletiko”lu Juninyonun yaxın qohumudur.

Makdonald Mariqa & Viktor Vanyama
2010-cu ildə “İnter”in heyətində Çempionlar Liqasını qazanan ilk keniyalı kimi tarixə düşən Makdonald Mariqa “Montreal”ın oyunçusu Viktor Vanyamanın böyük qardaşıdır.

Rodriqo Moreno & Tyaqo və Rafinya Alkantara
“Lids”in hücumçusu Rodriqo Morenonun özündən daha populyar olan əmisi oğlanları Tyaqo və Rafinya Alkantara qardaşlarıdır.

Mark Viduka & Luka Modriç
Avstraliya futbolunun əfsanəsi Mark Viduka ilə Xorvatiya tarixinin ən yaxşılarından sayılan Luka Modriç əmi uşağıdırlar.

Royston Drente & Corcinyo Veynaldum
Karyerasını İspaniyanın aşağı liqasında davam etdirən Drentenin özündən kiçik əmisi oğlu Veynaldum “Liverpul”un formasını geyinir.

Emir Spahiç & Edin Dzeko
Bosniya və Herseqovina millisinin sabiq üzvü Emir Spahiç “Roma”nın hücumçusu Edin Dzekonun ən böyük əmisi oğludur.

Kristian Zapata & Duvan Zapata
“Atalanta” ilə “Cenoa” arasında keçirilən oyunlarda üz-üzə gələn birincilərin hücumçusu Duvanla ikincilərin müdafiəçisi Kristian əmi uşağıdır.

Batefimbi Qomis & Nampalis Mendi
“Əl-Hilal”da çıxış edən Qomisin əmisi oğlu Mendi “Lester”in yarımmüdafiəçisidir.

Lilian Türam & Markus Türam
Mönhenqladbax “Borussiya”sının hücumçusu Markus Türam ötənlərin məşhur müdafiəçisi Lilian Türamın oğludur.

Müəllif: Estafet.az