“Qalatasaray” kapitanla müqaviləni uzatdı

ESTAFET/ “Qalatasaray” kapitanı Fernando Muslera ilə müqavilə müddətini uzadıb. Uruqvaylı qolkiper “sarı-qırmızılılar”la yeni 3 illik sazişə qol çəkib.

Maaşının azaldılmasına razılıq verən ulduz futbolçunun imzalanma mərasimində klub prezidenti Mustafa Cengiz və vitse-prezident Abdurrahim Albayrak da iştirak edib.

Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir.

Müəllif: Orxan NOVRUZOV