Kazanda Dünya Kubokunun mərhələ yarışı keçiriləcək

ESTAFET/ Sabah Rusiyanın Kazan şəhərində şpaqa üzrə Dünya Kubokunun mərhələ yarışına start veriləcək.

Martın 23-nə kimi davam edəcək turnirdə kişi şpaqaçılarımız həm şəxsi,həm də komanda yarışında təmsil olunacaq. Komandamızın heyəti Kənan Əliyev, Xalid Əliyev, Ruslan Həsənov, Barat Quliyev və Fərrux Səfərovdan ibarətdir.

Müəllif: Bəhruz MƏMMƏDOV