“Latsio” qapıçı axtarışında

ESTAFET/ İtaliyanın “Latsio” klubu yeni mövsüm üçün qapıçı axtarışına başlayıb. A seriyası təmsilçisi Pepe Reynanın gedişindən sonra onun əvəzləyicisi Tomas Strakoşaya güvənmək niyyətində deyil.

Bu üzdən də Roma təmsilçisi “1 nömrə” transfer etmək fikrindədir. “Ağ-mavilər” İngiltərə “Çelsi”sində çıxış edən Kepa Arrisabalaqanın keçidində maraqlıdır. London təmsilçisində əsas heyətdə yerini itirən qolkiper də transfer olunması sayəsində oyun praktikası qazanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV