Azərbaycan Qran Prisi 2018 - Formula 1
ESTAFET/ Formula 1 üzrə 2018-ci il Dünya çempionatında həyəcan davam edir. Bu həftəsonu sürət həvəskarlarının diqqəti paytaxtımızda idi. Belə ki, çempionatın bu mövsüm üçün 4-cü mərhələsi olan Azərbaycan Qran Prisi Bakıda gərgin mübarizə ilə yaddaşlara köçdü.
FORMULA-1: AZERBAIJAN GRAND PRIX 2018 |
||||
Tarix |
Trass |
Dövrə uzunluğu |
Dövrə sayı |
Məsafə |
27-29.04.2018 |
Bak; |
6 003 m |
51 |
306.049 km |
BULUDLU, QURU. HAVA +17...16 C, TRASS +27...23 C |
Hər il olduğu kimi bu il də Formula 1 azarkeşləri Azərbaycan Qran Prisində maraqlı mübarizəyə şahidlik etdilər. Ən yaddaqalan məqamlar kimi isə "Red Bull" komandasının üzvlərinin öz aralarında etdikləri qəza, Bottasın sona yaxın təkərinin sıradan çıxması və digər qəzaları göstərmək olar.
Yarışın yekunlarına gəldikdə isə, Luis Hemilton (Mercedes) 1:43.44.291 vaxt göstəricisi ilə mövsümdə ilk, karyerasında isə 63-cü qələbəsini qazanıb. Podiumdakı digər iki yeri müvafiq olaraq, "Ferrari"dən Kimi Raykkonen (+2.460) və "Force India"dan Serxio Peres (+4.024) tutublar.
Mərhələnin ən yaxşı dövrəsini "Mercedes"in fin pilotu Valtteri Bottas edib: 1:45.149 (37-ci dövrədə 205.252 km.s)
№ | Pilot | Komanda | Vaxt | Sürət | Pit |
1 | Hemilton | Mercedes | 1:43.44.291 | 177.012 | 1 |
2 | Raykkonen | Ferrari | +2.460 | 176.942 | 1 |
3 | Peres | Force India | +4.024 | 176.897 | 1 |
4 | Fettel | Ferrari | +5.329 | 176.860 | 1 |
5 | Sayns | Renault | +7.515 | 176.798 | 1 |
6 | Lekler | Sauber | +9.158 | 176.752 | 1 |
7 | Alonso | McLaren | +10.931 | 176.702 | 1 |
8 | Stroll | Williams | +12.546 | 176.656 | 1 |
9 | Vandorn | McLaren | +14.152 | 176.610 | 3 |
10 | Xartli | Force India | +18.030 | 176.501 | 2 |
11 | Erikson | Sauber | +18.512 | 176.487 | 2 |
12 | Qasli | Toro Rosso | +24.720 | 176.312 | 1 |
13 | Maqnussen | Haas | +30.663 | 175.863 | 1 |
14 | Bottas | Mercedes | çıxış | 175.680 | 1 |
Pilot | Komanda | Dövrə | Səbəb |
Okon | Force India | 0 | Qəza |
Sirotkin | Williams | 0 | Qəza |
Hyülkenberq | Renault | 10 | Qəza |
Ferstappen | Red Bull | 39 | Qəza |
Rikkardo | Red Bull | 39 | Qəza |
Qrojan | Haas | 42 | Qəza |
№ | Sürücü | Ölkə | Komanda | Xal |
1 | Luis Hemilton | GBR | Mercedes AMG Petronas | 70 |
2 | Sebstyan Fettel | GER | Scuderia Ferrari | 66 |
3 | Kimi Raykkonen | FIN | Scuderia Ferrari | 48 |
4 | Valtteri Bottas | FIN | Mercedes AMG Petronas | 40 |
5 | Daniel Rikkardo | AUS | AM Red Bull Racing | 37 |
6 | Fernando Alonso | ESP | McLaren F1 Team | 28 |
7 | Niko Hyulkenberq | GER | Renault Sport F1 Team | 22 |
8 | Maks Ferstappen | NED | Red Bull Toro Rosso | 18 |
9 | Serxio Peres | MEX | Sahara Force India F1 Team | 15 |
10 | Karlos Sayns | ESP | Renault Sport F1 Team | 13 |
№ | Komanda | Mühərrik | Xal |
1 | Scuderia Ferrari | Ferrari | 114 |
2 | Mercedes AMG Petronas | Mercedes | 110 |
3 | AM Red Bull Racing | Renault | 55 |
4 | McLaren F1 Team | Renault | 36 |
5 | Renault Sport F1 Team | Renault | 55 |