Bəxtiyar erməniyə qalib gələrək növbəti mərhələyə adladı

ESTAFET/ Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov sambo üzrə dünya çempionatına uğurla start verib.

 

İdmançımız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışa 1/8 finaldan başlayıb. Döyüş sambosunda çıxış edən Abbasovun 82 kq çəki dərəcəsindəki ilk rəqibi Ermənistan samboçusu Davit Petrosyan olub. Bu döyüşü yüksək səviyyədə keçirən Bəxtiyar erməni rəqibini məğlub edib. Bu qələbə samboçumuza 1/4 finala vəsiqə qazandırıb. 

Müəllif: Natiq NƏSİROV