“Liverpul” Veynalduma əvəzləyici tapdı

ESTAFET/ “Liverpul” Corcino Veynaldumun PSJ-yə keçidindən sonra ona əvəzləyici axtarışına başlayıb. “Qırmızılar” orta sahədə yaranan boşluğu “Lester”in oyunçusu Yuri Tilemansla doldurmağı düşünür.

Doğrudur, “Lester” rəhbərliyi Belçika millisinin üzvünü satmaq istəmir, onu qalmaq üçün razı salmağa çalışır. Ancaq 24 yaşlı futbolçu daha böyük klubda oynamaq arzusundadır. “Tülkülər” yarımmüdafiəçisini yalnız 70 milyon avroluq təklif müqabilində buraxmağa hazırdır.

Qeyd edək ki, “Lester”ə 2019-cu ildə “Monako”dan keçən Yuri Tilemansın müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Müəllif: Bəhruz MƏMMƏDOV