AVRO 2020 avtoqolla başladı

ESTAFET/ AVRO 2020-nin ilk qolu avtoqol hesabına gerçəkləşib. Bu uğursuzluğu Türkiyə millisinin futbolçusu Merih Demiral yaşayıb.
O, İtaliya ilə görüşün 52-ci dəqiqəsində öz qapısına qol vurub. Roma Olimpiya Stadionundakı görüşdə hesabı açan müdafiəçi yığmasını məğlub duruma salıb.
Bu, 1960-cı ildən keçirilən qitə çempionatlarında ilk belə hadisədir. İndiyədək heç vaxt final mərhələsinin ilk qolu avtoqol sayəsində reallaşmayıb.
Qeyd edək ki, çempionatın açılış oyunu hazırda davam edir.
