"Düşünmürəm ki, yaxın gələcəkdə yenə belə edəcəyik”: UEFA prezidenti
ESTAFET/ “Avropa çempionatının startına şadıq. Bu, tunelin sonunda işıq, ümid verir”. Bunu UEFA prezidenti Aleksander Çeferin deyib.
Sloveniyalı qurum başçısı buğun start götürən AVRO-2020 barədə fikirlərini bildirib. O, qitənin 11 şəhərində, o cümlədən Bakıda keçirilən yarışın müxtəlif ölkələrdə təşkilindən narazılığını gizlətməyib: “Futbol insanlara ümid bəxş edir. Bu, bizim üçün vacibdir. Turnirin bir neçə ölkədə keçirilməsinə gəlincə, mən belə formulu dəstəkləmirəm. Düşünmürəm ki, yaxın gələcəkdə yenə belə edəcəyik”.