Ən bahalı futbolçular: AVRO 2020

ESTAFET/ AVRO 2020-nin ən bahalı futbolçuları açıqlanıb. Cədvələ ən azı 90 milyon dəyəri olan oyunçular daxil edilib.
Siyahıya 9 futbolçu düşüb. İlk sırada fransalı Killian Mbappe qərarlaşıb. Onun qiyməti 160 milyon avrodur.
“Doqquzluq”da İngiltərə daha çox – 3 oyunçu ilə təmsil olunub. Belçikadan iki futbolçunun düşdüyü cədvəldə Almaniya, Portuqaliya, Fransa və Niderlandın bir təmsilçisi var.
1. Kilian Mbappe (Fransa, PSJ) – 160 milyon avro
2. Harri Keyn (İngiltərə, “Tottenhem”) – 120
3-5. Ceydon Sanço (İngiltərə, “Borussiya” D) – 100
3-5. Romelu Lukaku (Belçika, “İnter”) – 100
3-5. Kevin de Breyne (Belçika, “Mançester Siti”) – 100
6-9. Frenki de Yonq (Niderland, “Barselona”) – 90
6-9. Brunu Fernandeş (Portuqaliya, “Mançester Yunayted”) – 90
6-9. Coşua Kimmix (Almaniya, “Bavariya”) – 90
6-9. Rahim Sterlinq (İngiltərə, “Mançester Siti”) – 90
