Voleybolçumuz Türkiyə klubu ilə müqavilə bağladı

ESTAFET/ Azərbaycan milli komandasının voleybolçusu Olena Xarçenko özünə yeni klub tapıb. 

26 yaşlı milliləşdirilmiş voleybolçu karyerasını Türkiyədə davam etdirəcək. 

Ötən mövsümü Macarıstanın “MCM-Diamant” klubunda keçirən blokçu “Bolu Bələdiyyəspor”la anlaşıb. 1 illik müqavilə imzalayan voleybolçu yeni mövsümdə qardaş ölkə təmsilçisinin şərəfini qoruyacaq. 

Qeyd edək ki, “Bolu Bələdiyyəspor” ötən mövsüm Sultanlar Liqasına yüksəlib.

Müəllif: Bəhruz MƏMMƏDOV