Azərbaycanlı hakimlər peyvənd olundu
ESTAFET/ AFFA-nın bir qrup əməkdaşı və futbol üzrə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan bir qrup hakim COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesində iştirak edib.
Bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.
Həmin şəxslər assosiasiyanın təşkilatçılığı ilə bu gün könüllülük prinsipi əsasında peyvənd olunub.
Qeyd olunan kateqoriyadan olan şəxslərə müvafiq vaksinin birinci dozası vurulub.