Besedin AVRO 2020 ilə vidalaşdı

ESTAFET/ Ukrayna millisinin futbolçusu Artyom Besedin AVRO-2020-ni başa vurub. Bunu yığmanın məşqçisi Aleksadr Şovskovski açıqlayıb.
O bildirib ki, İsveçlə 1/8 final oyununda zədələnən hücumçu növbəti oyunlarda meydana çıxa bilməyəcək. 25 yaşlı futbolçu sonradan daxil olduğu matçı vaxtından əvvəl bitirib. O, meydanı həkimlərin köməyi ilə tərk edib.
Qeyd edək ki, Ukrayna İsveçə 2:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. (apasport.az)
