“Çelsi”də ciddi itkilər

ESTAFET/ “Çelsi”nin zədəli futbolçularının sayı artmaqda davam edir. London klubu “Uotford”la görüşdə 6 futbolçusunun xidmətindən yararlanmaya bilər.

Bunu komandanın baş məşqçisi Tomas Tuxel açıqlayıb. O bildirib ki, üç oyunçunun zədə üzündən kənar qalması dəqiqdir. Bunlar Ben Çiluell, Mateo Kovaçiç və Nqolo Kantedir.

Daha üç futbolçunun durumu isə oyun saatınadək qeyri-müəyyən qalacaq. Ris Ceyms, Jorjinyo və Timo Vernerin görüşdəki iştirakı sual altındadır. Düzdür, bu oyunçular son məşqdə iştirak ediblər. Lakin meydana çıxmağa nə dərəcədə hazır olduqları son anda bəlli olacaq.

Qeyd edək ki, 13 turdan sonra 30 xala malik “Çelsi” Premyer Liqanın vahid lideridir.

Müəllif: Bəhruz MƏMMƏDOV