İngiltərə millisindən tarixi qələbə

ESTAFET/ Qadınlar arasında DÇ-2023-ün seçmə mərhələsinin Avropa zonasında keçirilən İngiltərə - Latviya matçı qeyri-adi nəticə ilə əlamətdar olub.

D qrupunun görüşündə futbolun yaradıcıları 20:0 hesabı ilə qalib gəlib.

Bu qarşılaşmada qollara 10 müxtəlif futbolçu imza atıb. Matçda bir poker, üç het-trik, bir dubl qeydə alınıb. Digər 5 qolu fərqli oyunçular vurub.

Bu oyun İngiltərə qadın futbol yığmasının tarixinə düşüb. Britaniyalılar tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Qeyd edək ki, İngiltərə yığması Latviyanı səfərdə də darmadağın edib – 10:0.

Müəllif: Bəhruz MƏMMƏDOV