“Bavariya” futbolçusunu “Roma”ya göndərir

ESTAFET/ Almaniyanın “Bavariya” klubu futbolçusu Mark Rokanı ilə vidalaşmağa qərar verib. Münhenlilər yarımmüdafiəçini artıq bu qışda satmağı planlaşdırır.
Bundesliqa təmsilçisi hazırda oyunçu üçün yeni klub axtarmaqdadır. Mark İtaliya “Roma”sına təklif olunub.
“Bavariya” bu transferdən 15 milyon avro qazanmaq istəyir. Romalılar keçid barədə yekun cavabını yaxın günlərdə verməlidir.
Qeyd edək ki, ispaniyalı futbolçu ötən il “Espanyol”dan transfer olunub.
