GİMNASTLARIMIZ QIZILA SAHİB OLDULAR: BAKI 2017

ESTAFET/ Bədii gimnastika üzrə Azərbaycan milli komandası İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.

 

Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət komandamız iki yarış günündə dörd hərəkətin (halqa, top, gürzlər, lent) cəmində 128,200 xal toplayaraq, Oyunların qızıl medallarını qazanıblar.

 

İkinci yeri Özbəkistan (123,850), üçüncü yeri isə Türkiyə (101.650) bədii gimnastları tutublar.

 

Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva iştirak edib.

 

Sabah müxtəlif alətlər üzrə fərdi yarışlarda finallar keçirilicək.