“Borussiya” Halanda əvəzləyici axtarır

ESTAFET/ Dortmund “Borussiya”sı komandadan gedəcəyi gözlənilən Erlinq Halanda əvəzləyici axtarır. Almaniya klubu Darvin Nunyesi transfer etmək niyyətindədir.

Bundesliqa təmsilçisi Portuqaliya “Benfika”sında çıxış edən forvardı qışda heyətinə qatmağı planlaşdırır. Oyunçunun transfer qiyməti 25 milyon avro təşkil edir.

Qeyd edək ki, Darvin cari mövsümün 16 oyununda 11 qol vurub.

Müəllif: Orxan NOVRUZOV