Xuan Mataya Türkiyədən təklif

ESTAFET/ “Mançester Yunayted”in yarımmüdafiəçisi Xuan Mata karyerasını Türkiyədə davam etdirə bilər. İspaniyalı futbolçu “Fənərbaxça”nın maraq dairəsinə düşüb.
Uğursuz mövsüm keçirən İstanbul təmsilçisi qış fasiləsində heyətini gücləndirmək niyyətindədir. “Sarı-lacivərdlilər”in yanvarda transfer etmək istədiyi ilk oyunçu da məhz Matadır. Yeganə problem 33 yaşlı orta sahə oyunçusu ilə “Real Sosyedad”ın da maraqlanmasıdır.
Qeyd edək ki, Xuan Matanın “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.
