Noyabrın ən yaxşısı adına namizədlər açıqlandı

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasında ayın məşqçisi adına namizədlər açıqlanıb. Noyabrın ən yaxşısı adına 3 mütəxəssis iddia edir.

“Aston Villa”nın yeni baş məşqçisi Stiven Cerrard da bu siyahıda yer alıb. Onun rəqibləri dəfələrlə ən yaxşı seçilmiş Yurgen Kloppla (“Liverpul”) Pep Qvardioladır (“Mançester Siti”).

Qeyd edək ki, oktyabrda mükafata “Çelsi”nin baş məşqçisi Tomas Tuxel sahib çıxıb.

Müəllif: Orxan NOVRUZOV