Di Mariya karyerasını bitirmək istədiyi klubun adını açıqladı

ESTAFET/ PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya karyerasını bitirmək istədiyi klubların adlarını açıqlayıb. Argentinalı ulduz futbolçu sona qədər hazırkı komandasında qalmaq arzusundadır.
33 yaşlı Di Mariya Paris təmsilçisində qalmayacağı təqdirdə, vətəninə köçəcəyini vurğulayıb: “PSJ-də qalıb, karyeramı burada bitirmək istəyirəm. Çünki ailəm kimi, klubda və şəhərdə çox xoşbəxtəm. Uşaqlar hər şeydən razıdırlar, məktəbi sevirlər. PSJ-dən ayrılmalı olsam, Argentinaya qayıtmaq istərdim. Bu halda karyeramı “Rosario Sentral”da bitirəcəyəm. Hələ təqaüdə çıxmağı düşünmürəm. Yaxşı formada olmağa və meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”.
Qeyd edək ki, karyerasına “Rosario Sentral”da başlayan Anxel Di Mariya 2015-ci ildən PSJ-nin formasını geyinir. (apasport.az)
