Koronavirusa qarşı peyvənd müqavilələrə salınır

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqa klubları maraqlı qərar qəbul etməyə hazırlaşır. Top-klubların bəzirləri futbolçuların yeni müqavilələrinə koronavirusla bağlı bənd əlavə etməyi nəzərdən keçirir.
Sözləşmələrdə koronavirusa qarşı tam peyvənd olunma şərti yer alacaq. Rəhbərlərin fikrincə, bu, yoluxma zamanı komandanı qoruyacaq. Bununla bağlı tezliklə yerli assosiasiya məlumatlandırılacaq.
Klubları bu addımı atmağa bir çox futbolçunun peyvənd olunmaqdan imtina etməsi vadar edir. (apasport.az)
