“Barselona” “Bazel”in bombardirindən imtina etdi

ESTAFET/ “Barselona” futbol üzrə UEFA Konfrans Liqasının bombardiri Artur Kabralın transferi ilə bağlı danışıqları dayandırıb. Buna “Bazel”in braziliyalı futbolçusunun İspaniya təmsilçisinin tələblərinə cavab verməməsidir.
Klubun seleksiya üzrə mütəxəssisi Deku Kabralın alınmasını zəruri sayır. O, Joan Laportaya bu transferi gerçəkləşdirməyi məsləhət görsə də, “Barselona” danışıqları saxlamağı və keçiddən imtinanı lazım bilib.
23 yaşlı futbolçunun transferinin 15-20 milyon avroya reallaşacağı gözlənilirdi. O, İsveçrə çempionatında 15 matçda 14 qol vurub. Kabral Konfrans Liqasında 11 matçda 11 dəfə rəqib qapısına yol tapıb.
