“Çelsi” Fofanaya elçi düşüb

ESTAFET/ “Çelsi” qış fasiləsində müdafiə xəttini gücləndirmək niyyətindədir. Müqavilə müddəti mövsümün sonuna qədər olan Antonio Rüdiger və Andreas Kristensenin durumunun qeyri-müəyyən olması London klubunu buna vadar edib.

“Zadəganlar” “Lester”in arxa xətt oyunçusu Uesli Fofanaya elçi düşüb. Hələ mövsümün əvvəlində “Vilyarreal”la yoxlama görüşündə ağır zədə alan 21 yaşlı oyunçu hazırda bərpa dövrünü keçməklə məşğuldur. Buna baxmayaraq, “Çelsi” öz mövqeyinin ən perpektivlilərindən sayılan fransalını əldən qaçırmaq istəmir.

Skautların müsbət rəyindən sonra hərəkətə gələn “Çelsi” rəhbərliyi qarşı tərəflə danışıqlara start verib.

Müəllif: Natiq NƏSİROV