Qvardiola 10-cu dəfə ən yaxşı seçildi

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasında ayın məşqçisi mükafatının qalibi bəlli olub. Pep Qvardiola noyabrın ən yaxşısı seçilib.
Onun rəhbərlik etdiyi “Mançester Siti” ötən ay çempionatda üç qələbə qazanıb. “Mançester Yunayted”i 2:0, “Everton”u 3:0 hesabı ilə məğlub edən “şəhərlilər” “Vest Hem”i 2:1 hesabı ilə üstələyib.
Qvardiola karyerasında 10-cu dəfə Premyer Liqada ayın məşqçisi seçilib. O, bu ad uğrunda mübarizədə Stiven Cerrardla Yurgen Kloppu qabaqlayıb.
