Premyer Liqada ayın futbolçusu müdafiəçi oldu

ESTAFET/ İngiltərə Premyer Liqasında noyabrın futbolçusu müəyyənləşib. Təşkilatçılar “Liverpul”un müdafiəçisi Trent-Aleksander Arnoldu bu ada layiq görüb.
Ulduz futbolçu keçən ay ərzində keçirdiyi 3 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib. “Qırmızılar” “Vest Hem”ə 2:3 hesabı ilə məğlub olubsa, “Arsenal” və “Sauthempton” üzərində 4:0 hesablı qələbə qazanıb. Bununla Arnold 2019-cu ilin dekabrından bəri ilk dəfə Premyer Liqada ayın oyunçusu mükafatını alıb.
23 yaşlı oyunçu Joao Kanselo (“Mançester Siti”), Emmanuel Dennis (“Uotford”), Dioqo Jota (“Liverpul”), Con Makqinn (“Aston Villa”) və Bernardo Silvanı (“Mançester Siti”) qabaqlayıb.
Qeyd edək ki, Premyer Liqada oktyabrın ən yaxşısı “Liverpul”un digər oyunçusu Məhəmməd Salah seçilib.
