“Valensiya”nın iki məşqçisi koronavirusa yoluxdu

ESTAFET/ “Valensiya”da koronavirusa yoluxma aşkarlanıb. İspaniya klubunun iki məşqçisinin testi müsbət nəticə verib.

Yoluxanların adları açıqlanmır. Buna baxmayaraq, komanda məşqlərini davam etdirir. Çünki məşqçilər korpusunun digər üzvləri və futbolçuların testləri mənfi nəticələnib.

Qeyd edək ki, La Liqanın 17 turundan sonra 25 xala malik Valensiyanın eyniadlı təmsilçisi 7-ci pillədə qərarlaşıb.

Müəllif: Bəhruz MƏMMƏDOV