Super Liqada daha bir baş məşqçi istefası

ESTAFET/ Futbol üzrə Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası baş tutacaq. “Fatih Karagümrük”ün baş məşqçisi Françesko Farioli vəzifəsindən ayrılmağı qərara alıb.
Yerli KİV italiyalı mütəxəssisin bu barədə həm rəhbərliyi, həm də futbolçu heyətini məlumatlandırdığını yazıb. 32 yaşlı çalışdırıcının ayrılıq qərarını bu gün futbolçulara açıqladığı və onlarla vidalaşdığı vurğulanıb. Tezliklə rəsmi açıqlamanın verilməsi gözlənilir.
Qeyd edək ki, “Fatih Karagümrük” 16 turdan sonra Super Liqada 11-ci pillədə (22 xal) yer alır.
