Yığmamızın milliləşdirilmiş legioneri karyerasını bitirdi

ESTAFET/ Azərbaycan millisinin triatlonçusu Kseniya Levkovskaya karyerasını başa vurub. Bunu milliləşdirilmiş legionerin özü Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətinə açıqlayıb. 

32 yaşlı ukraynalı bildirib ki, artıq karyerasını başa vurmağın zamanıdır: “İdman karyeramın böyük mərhələsi başa çatdı. 8 il Azərbaycanı dünya arenasında təmsil etdim. 100-dən çox yarışa qatıldım, on minlərlə kilometr qaçış, üzgüçülük və velosiped sürmə... Çox gözəl idi. Mən bu ölkəyə və insanlara göstərdikləri etimad və dəstəyə görə sonsuz minnətdaram. Bir daha təşəkkür edirəm. Bu, əvəzolunmaz təcrübə oldu”.

Müəllif: Natiq NƏSİROV