MOK-un yeni baş katibi və vitse-prezidentləri bəlli oldu

ESTAFET/ Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib. Hesabat-seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra MOK İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
İclasda Azər Əliyev baş katib, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftahətdinova vitse-prezident seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Azər Əliyev baş katib postunda Ağacan Abiyevi, gənclər və idman naziri Fərid Qayıbov vitse-prezident vəzifəsində mərhum sələfi Azad Rəhimovu, Zemfira Meftahətdinova isə Xəzər İsayevi əvəz edib.
