Yığmamızın oyunlarının təqvimi açıqlandı - Millətlər Liqası
ESTAFET/ Azərbaycan millisinin futbol üzrə UEFA Millətlər Liqasının 2022/23 mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib. C liqasının 3-cü qrupunda yer alan komandamız gələn il iyun və sentyabr aylarında ümumilikdə 6 matçda iştirak edəcək.
C Liqası, 3-cü qrup
3 iyun 2022
Qazaxıstan/Moldova cütünün qalibi – Azərbaycan
6 iyun 2022
Belarus – Azərbaycan
10 iyun 2022
Azərbaycan – Slovakiya
13 iyun 2022
Azərbaycan – Belarus
22 sentyabr 2022
Slovakiya – Azərbaycan
25 sentyabr 2022
Azərbaycan – Qazaxıstan/Moldova cütünün qalibi