Premyer Liqa oyunu 2 saat qalmış təxirə salındı

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb. “Aston Villa” və “Bernli” arasında görüş start fitinə 2 saat qalmış təxirə düşüb.

Buna səbəb Birminhem təmsilçisində koronavirusa yoluxanların olmasıdır. Bu son bir həftədə təxirə salınan 10-cu Premyer Liqa matçıdır.

Bu günə nəzərdə tutulan 5 oyundan yalnız biri keçiriləcək. Günün yeganə matçı “Arsenal” – “Lids” qarşılaşmasıdır. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV