İlin ən yaxşı futbolçuları - “10-luq”

ESTAFET/ 2021-ci ilin ən yaxşı futbolçusu və qapıçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, CIES futbol observatoriyasının araşdırmasına əsasən, hər iki nominasiya üzrə 50 oyunçu seçilib.

Araşdırma futbolçuların meydanda olduğu müddət, çıxış etdiyi turnirlərin səviyyəsi və formasını geyindiyi klubun yer aldığı çempionatın gücünə əsasən aparılıb. Bu kriteriyalara əsasən “Real”ın avstriyalı müdafiəçisi David Alaba 2021-ci ilin ən yaxşı futbolçusu adına layiq görülüb. Onun illik fəaliyyəti 108 xalla qiymətləndirilib.

Maraqlıdır ki, siyahıda Kilian Mbappe 15-ci, Robert Levandovski 17-ci, Lionel Messi 24-cü, Kriştiano Ronaldo isə 39-cu pillədə qərarlaşıb.
Ən yaxşı qapıçı da “Real”lı olub. Ötən il olduğu kimi, Tibo Kurtua bu dəfə də həmkarlarını qabaqlayıb.

Ən yaxşı 10 meydan oyunçusu:
1. David Alaba (“Real”) – 5116 dəqiqə / 108 xal
2. Ruben Diaş (“Mançester Siti”) – 5446 / 106
3. Milan Şkrinyar (“İnter”) – 5256 / 105,5
4. Karlos Kasemiro (“Real”) – 5024 / 105
5. Yozua Kimmix (“Bavariya”) – 5124 / 102,9
6. Kərim Benzema (“Real”) – 4876 / 100,9
7. Covanni di Lorenzo (“Napoli”) – 5495 / 99,9
8. Frenki de Yonq (“Barselona”) – 5450 / 99,8
9. Marselo Brozoviç (“İnter”) – 4962 / 98,7
10. Nikolo Barella (“İnter”) – 4898 / 98,2

Ən yaxşı 10 qapıçı:
1. Tibo Kurtua (“Real”) – 5580 dəqiqə / 116,9 xal
2. Yan Oblak (“Atletiko”) – 4996 / 109,9
3. Manuel Noyer (“Bavariya”) – 5250 / 107,8
4. Ederson Moraeş (“Mançester Siti”) – 4770 / 101,8
5. Everson Markes (“Atletiko Mineyro”) – 6760 / 99,5
6. Canluici Donnarumma (PSJ) – 4995 / 96,6
7. Kasper Şmeyxel (“Lester”) – 5970 / 95,7
8. Yassin Bunu (“Sevilya”) – 4800 / 91,0
9. Uqo Lyoris (“Tottenhem”) – 5430 / 89,1
10. Mark-Andre ter Ştegen (“Barselona”) – 4620 / 88,9

Müəllif: Orxan NOVRUZOV