Türkiyədə son 10 ilin ən bahalı transferləri

ESTAFET/ Türkiyə klubları son illər böyük transferlər həyata keçirməkdə çətinlik çəkirlər. Buna səbəb lirənin dəyərdən düşməsidir.

Ancaq yenə də əzəli rəqiblər “Qalatasaray” və “Fənərbaxça” ara-sıra transfer üçün böyük məbləğ xərcləməli olur. Super Liqa klublarının son 10 ildəki ən bahalı transferlərinə göz gəzdirsək, yalnız bu iki komandanın xəsislik etmədiyini görərik.

1-3. Mbaye Dian - 13 milyon avro
2019-cu il: “Kasımpaşa”dan “Qalatasaray”a

1-3. Emmanuel Emenike - 13 milyon
2013-cü il: Moskva “Spartak”ından “Fənərbaxça”ya

1-3. Bruma - 13 milyon
2013-cü il: “Sportinq”dən “Qalatasaray”a

4-6. Yunes Belhanda - 10 milyon
2017-ci il: Kiyev “Dinamo”sundan “Qalatasaray”a

4-6. Raul Meyreleş - 10 milyon
2012-ci il: “Çelsi”dən “Fənərbaxça”ya

4-6. Mussa Sou - 10 milyon
2012-ci il: “Lill”dən “Fənərbaxça”ya

7. Emmanuel Emenike - 9 milyon
2011-ci il: “Karabükspor”dan “Fənərbaxça”ya

8. Nordin Amrabat – 8,6 milyon
2012-ci il: “Kayserispor”dan “Qalatasaray”a

9-10. Maykon - 8 milyon
2017-ci il: “San-Paulo”dan “Qalatasaray”a

9-10. Jozef de Souza - 8 milyon
2015-ci il: “San-Paulo”dan “Fənərbaxça”ya

Müəllif: Natiq NƏSİROV