Alabada koronavirus şübhəsi

ESTAFET/ Daha bir ulduz futbolçu koronavirusa yoluxa bilər. David Alabada yoluxma şübhəsi yaranıb.

İspaniya “Real”ının müdafiəçisi komandanın bugünkü məşqindən də kənar qalıb. Avstriyalının yoluxduğu ehtimal olunur. O, testin nəticəsini gözləyir.

Qeyd edək ki, “Real” sabah “Atletik”lə La Liqa matçına çıxacaq.

Müəllif: Orxan NOVRUZOV