Ən çox qırmızı vərəqə alan klublar

ESTAFET/ “Böyük beşlik” liqalarında son 22 ildə ən çox qırmızı vərəqə alan klubların siyahısı açıqlanıb. 2000-ci ildən başlayan hesabat dövrünün “liderləri” “Latsio” və “Sevilya”dır.

Hər iki klub bu müddətdə bütün turnirlərdə üst-üstə 181 qırmızı vərəqə alıb. İlk “üçlüy”ü “Valensiya” qapayır – 175.

“Roma” və “Espanyol”da ön sıralardadır. Bu komandalar müvafiq olaraq 164 və 158 qırmızı vərəqə görüb.

Müəllif: Orxan NOVRUZOV