“Fənərbaxça” yeni baş məşqçisini seçdi

ESTAFET/ Vitor Pereyra ilə yollarını ayıran “Fənərbaxça” yeni baş məşqçisini müəyyənləşdirib. “Fanatik” qəzetinin məlumatına görə, İstanbul təmsilçisinin bu posta əsas namizədi xorvatiyalı Slaven Biliçdir.

Hazırda Çinin “Beyçzin Qoan” klubunu çalışdıran 53 yaşlı mütəxəssislə ilkin razılıq da əldə olunub. O, illik 2,9 milyon avro maaş təklifini müsbət cavablandırıb. Prezident Ali Koç gələn ilin əvvəllərində postunda qalacağına qərar versə, Biliç yanvarın ilk on günlüyündə İstanbula gətiriləcək.

Türkiyə KİV-i İsmail Kartal və Kenan Koçakın da alternativ variant olduğunu yazıb.

Qeyd edək ki, Slaven Biliç 2013-2015-ci illərdə Türkiyədə “Beşiktaş”a rəhbərlik edib. (apasport.az)

Müəllif: Natiq NƏSİROV