YUNAN-ROMA GÜLƏŞİ: 8 ÇƏKİ - 8 MEDAL
ESTAFET/ Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışları davam edir. Heydər Əliyev adına İdman Arenasında ilk olaraq yunan-Roma stilində güləşən pəhləvanlar mübarizə aparır.
Bu gün 66, 75, 85 və 130 kq çəkidə qaliblər müəyyənləşir.
66 kq: Kamran Məmmədov - Qızıl medal
1/4 final: Kamran Məmmədov - Mehdi Zeydvand (IRI) 6:0
Yarımfinal: Kamran Məmmədov - Mirzobek Raxmatov (UZB) 6:0
Final: Kamran Məmmədov - Janat Kilibayev (KGZ) 9:0
75 kq: Elvin Mürsəliyev - Qızıl medal
1/4 final: Elvin Mürsəliyev - Rasul Garmsiri (IRI) 6:1
Yarımfinal: Elvin Mürsəliyev - Kayratbek Togulbaev (KGZ) 3:2
Final: Elvin Mürsəliyev - Furkan Bayrak (TUR) 1:0
85 kq: İslam Abbasov - Qızıl medal
1/4 final: İslam Abbasov - Mehdi Hamidabadi (IRI) 2:1
Yarımfinal: İslam Abbasov - Azat Beişebekov (KGZ) 3:1
Final: İslam Abbasov - Ali Cengiz (TUR) 3:1
130 kq: Sabah Şəriəti - Bürünc medal
1/4 final: Sabah Şəriəti - Musab Akram Xan (PAK) 9:0
Yarımfinal: Sabah Şəriəti - Muminjon Abdullaev (UZB) 0:8
Bürünc medal görüşü: Sabah Şəriəti - Raja Alkrad (SYR) 9:0
Xatırladaq ki, güləş yarışlarının ilk günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medal qazanıblar.