Polşalı hücumçu “Yuventus”un hədəfində

ESTAFET/ Futbol üzrə UEFA Konfrans Liqasında “Qarabağ”ın rəqibi olan “Marsel”in hücumçusu Arkadiuş Milik qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Polşalı hücumçu “Yuventus”un hədəfindədir.
Turin klubu forvardı mövsümün sonunadək icarəyə götürməyi planlaşdırır. “Yuventus” rəhbərliyi icarə müddətinin sonunda forvardı almaq hüququna da yiyələnmək arzusundadır.
Qeyd edək ki, müqavilə ilə “Napoli”yə məxsus olan Milik 2021-ci ilin yanvarında sonradan alınması öhdəliyi ilə 18 aylıq icarəyə verilib.
