Aziz Yıldırım xəstəxanadan evə buraxıldı
ESTAFET/ “Fənərbaxça”nın sabiq prezidenti Aziz Yıldırım xəstəxanadan evə buraxılıb. 70 yaşlı funksionerin səhhətinin qaydasında olduğu açıqlanıb.
Koronavirusa yoluxduğu üçün ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilən Yıldırımın budəfəki testi neqativ çıxıb. Bu üzdən o, xəstəxananı tərk edib.
Qeyd edək ki, “Fənərbaxça”nın hazırkı prezidenti Ali Koç da bu həftənin əvvəlində koronovirusa yoluxub.