FƏNƏRBAXÇA FİNALDA OLİMPİAKOSLA OYNAYACAQ: EUROLEAGUE

ESTAFET/ Bu gün İstanbulda (Türkiyə) basketbol üzrə qitənin ən nüfuzlu turniri - Avroliqanın "Dördlər finalı" start götürüb. ÇSKA (Rusiya), Real Madrid (İspaniya), Olimpiakos (Yunanıstan) və meydan sahibləri Fənərbaxçanın iştirakı ilə basketbolsevərlər maraqlı görüşlərin şahidi olacaqlar.


Artıq cütlər bəllidi və final görüşüşnün iştirakçıları müəyyənləşib. Böyük final üçün "Olimpiakos" Moskva "ÇSKA"-sı, meydan sahibi "Fənərbaxça" isə Madrid "Real"ı ilə qarşılaşıblar.

 

İlk setdən 8 xal fərqli üstünlük götürən Fənərbaxça görüşün sonunadək bu üstünlüyü əldən verməyib və görüşü 84:75 hesablı qələbə ilə bitirərək finala çıxıb.

 

Türklərin finaldakı rəqibi daim prinsipial və əzəli rəqiblərdən sayılan yunan basketbolçuları olacaq. "Olimpiakos" ruslarla çox gərgin şəraitdə keçən görüşü öz xeyrinə başa vurmağı bacarıb. Son setədək hesabda geri olan yunanlar geridönüş etməyi bacarıblar və son setdəki 8 xal fərqli qələbə onlara ümumi hesabda da qələbəni gətirib - 82:78.

 

Mayın 21-də finalda "Fənərbaxça"-"Olimpiakos", 3-cülük isə "ÇSKA"-"Real Madrid" qarşılaşacaqlar.