FIDE QRAN PRİ SERİYASI - MOSKVA: VII TUR
ESTAFET/ Moskva şəhərində (Rusiya) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 2-ci Qran Prisi davam edir.
Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.
Bu gün VII turun oyunları keçirilib. Bütün qarşılaşmaları və nəticələri təqdim edirik.
Məmmədyarov - Qrişuk (Rusiya) 0,5:0,5
Vaşyer-Laqrav (Fransa) - Rəcəbov 0,5:0,5
Şvidler (Rusiya) - Gelfand (İsrail) 0,5:0,5
Nakamura (ABŞ) - Dinq Liren (Çin) 0,5:0,5
Valyexo (İspaniya) - Adams (İngiltərə) 0,5:0,5
Harikrişna (Hindistan) - Tomaşevskiy (Rusiya) 0,5:0,5
İnarkiyev (Rusiya) - Nepomnyaşnı (Rusiya) 0,5:0,5
Hou Yifan (Çin) - Hammer (Norveç) 1:0
Giri (Hollandiya) - Salem (Misir) 1:0
Yeddi turdan sonra 4,5 xal toplayan Şəhriyarla çinli Dinq Liren turnir cədvəlinə şərikli başçılıq edirlər. 4 xalı olan Teymur digər altı şahmatçı ilə birlikdə 3-9-cu yerləri bölüşdürür.