Azərbaycan birinciliyində yarımfinalçılar müəyyənləşib

ESTAFET/ Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib. Boks Mərkəzində baş tutan 56 döyüşün nəticəsinə əsasən yarımfinal yüksələn idmançılar bəlli olub.

Qələbə qazanan boksçular mərhələ adlamaqla yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Azərbaycan birinciliyində yarımfinal döyüşlərə sabah olacaq. Görüşlər saat 13:00-da başlanacaq.

Qeyd edək ki, birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılıb. Yarışın qaliblərinin adları isə martın 14-də bəlli olacaq.

Müəllif: Natiq NƏSİROV