FIDE QRAN PRİ SERİYASI - MOSKVA: ŞƏHRİYAR 2-Cİ OLDU

ESTAFET/ Bu gün Moskva şəhərində (Rusiya) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 2-ci Qran Prisi başa çatıb.

 

Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.

 

Turnirdə son turdakı bütün qarşılaşmaları və nəticələri təqdim edirik.

 

Vaşyer-Laqrav (Fransa) - Məmmədyarov 0,5:0,5 

Harikrişna (Hindistan) - Rəcəbov 0,5:0,5 

Gelfand (İsrail) - Dinq Liren (Çin) 0:1

Nakamura (ABŞ) - Şvidler (Rusiya) 0,5:0,5 

Giri (Hollandiya) - Qrişuk (Rusiya) 0,5:0,5   

Salem (Misir) - Hammer (Norveç) 0,5:0,5 

Adams (İngiltərə) - Tomaşevskiy (Rusiya) 0,5:0,5 

Valyexo (İspaniya) - Nepomnyaşnı (Rusiya) 0,5:0,5   

İnarkiyev (Rusiya) - Hou Yifan (Çin) 0:1    

 

6 xal toplayan çinli Dinq Liren turnirin qalibi olub. Ondan yarım xal az toplayan Şəhriyar ikinci olub və İddialılar turniri üçün aktivinə vacib xallar yazdırıb. Teymur da daxil olmaqla 5 şahmatçı 5 xalla 3-7-ci yerləri bolüşdürüblər.