Edi "YONEX Swiss Open 2022" turnirində mükafatsız qaldı

ESTAFET/ Badmintonçumuz Edi Reski Dviçayo İsveçrənin Bazel şəhərində keçirilən "YONEX Swiss Open 2022" turnirində çıxışını başa vurub.

Mübarizəyə təsnifat mərhələsindən başlayan Edi 3 set davam edən ilk görüşündə finlandiyalı rəqibi Heino İkkaya 2:1 (21-19,19-21,21-18) hesabı ilə qalib gələrək kişi badmintonçuların şəxsi yarışında nüfuzlu turnirin əsas mərhələsinə yüksəlib.

1/16 finalda kanadalı Yanq Brianla qarşılaşan badmintonçumuz ilk setdə rəqibinə 12-21 hesabı ilə uduzsa da, ikinci seti 21-18 hesablı üstünlüklə başa vurub. Kanadalı idmançı oyun zamanı dizindən zədə aldığından görüşü davam etdirə bilməyib. Beləliklə Edi elit seriyalı turnirdə 1/8 finala yüksəlib.

Dviçayo 1/4 finala yüksəlmək uğrunda keçirilən görüşdə hindistanlı Samir Vermaya 0:2 (21-23,7-21) hesabı ilə uduzub.

Müəllif: Orxan NOVRUZOV