QADIN GÜLƏŞÇİLƏRİMİZ 4 QIZIL, 3 BÜRÜNC, 1 BÜRÜNC QAZANDILAR: BAKI 2017
ESTAFET/ Bu gün İslamiadada güləş yarışlarına da yekun vuruldu. Son olaraq Heydər Əliyev adına İdman Arenasında qadın güəşçilər Oyunların güclüsünü müəyyənləşdiriblər.
Qadın yığmamızın üzvləri son zamanlar öyrəşdiyimiz kimi, burada da uğurlu çıxış edərək azarkeşlərini sevindiriblər. Belə ki, komandamızın üzvləri 4 qızıl, 3 gümüş və 1 bürünc medalla hər çəkidə fəxri kürsüyə qalxmağı bacarıblar.
Komandamıza qızıl medalları Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Tetyana Omelçenko (60 kq), Elis Manolova (69 kq), gümüş medalları Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), Səbirə Əliyeva (75 kq), bürünc medalı isə 63 kq çəki dərəcəsində mübarizə aparan Elmira Qəmbəroba qazandırıblar.