Rayan "Ayaks"ı "Bavariya"ya dəyişə bilər

ESTAFET/ “Bavariya” heyətinə yeni yarımmüdafiəçi qatmağa yaxındır. Almaniya klubu “Ayaks”ın futbolçusu Rayan Qravanberxlə müqaviləni razılaşdırıb.

19 yaşlı yarımmüdafiəçinin keçidinin rəsmiləşməsi üçün iki klub arasında razılıq da əldə olunmalıdır. Niderland təmsilçisi futbolçu üçün 35 milyon tələb edir. Münhenlilər transfer üçün 25 milyon və əlavə bonuslar ödəməyi planlaşdırır.

Qravenberx 2023-cü ilin yayında başa çatacaq müqaviləsini uzatmayacağını qətiləşdirib. Bu üzdən amsterdamlılar bu yay oyunçunu satmaq niyyətindədir.

Qeyd edək ki, cari mövsüm “Ayaks”da 38 oyun keçirən yarımmüdafiəçi 2 qol və 6 assistə imza atıb.

Müəllif: Natiq NƏSİROV