“Bu vəzifəyə iddia etmirəm”: Mustafa Dənizli

ESTAFET/ “Belə bir vəzifə ilə bağlı adımın hallanması qürurvericidir”. Bunu “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli deyib.
Təcrübəli mütəxəssis Türkiyə Futbol Federasiyasının prezidentliyinə namizəd göstərilməsinə münasibət bildirib. Nihan Özdəmirin istefasından sonra boş qalan posta iddia etmədiyini, lakin əleyhinə də olmadığını qeyd edib: “Amma mən bu vəzifəyə iddia etmirəm. Əgər bütün klublar belə istəsə və mənə ehtiyac olsa, vəzifədən qaçmaram”.
Qeyd edək ki, TFF prezidenti iyunun 16-da seçiləcək. Əksər klub prezidentləri bu postda Dənizlini görmək istəyir. (apasport.az)
