Ferrari yenidən Mission Winnow ilə anlaşıb
ESTAFET/ Britaniya mətbuatının verdiyi xəbərə görə Ferrari artıq Mission Winnow ilə tərəfdaşlığın davam edəcəyini təsdiqləyib.
Avropa və Avstraliyada tütün reklamları yasaq olduğu üçün tərəflər mövsümün əvvəlində yolları ayırmışdı. Lakin Ferrari Philip Morris International (PMI) ilə danışıqları davam etdirirdi.
Aprelin 2-də Mission Winnow-un loqotipi yenidən Ferrarinin tərəfdaşları arasında görünmüşdü. Bu gün isə tərəflər müqavilə yenilədiklərini təsdiqləyiblər.
Qeyd edək ki, Philip Morris ilə Ferrari arasındakı tərəfdaşlıq 1973-cü ildən başlayıb. (f-1.az)